Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.
Axar.az xəbər verir ki, itkin düşmüş Mahmud İbayevin qardaşı Rəşad İbayev hələlik yeni məlumat olmadığını bildirib.
O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır:
“Dənizin üstündə nə bir iz, nə ipucu tapa bilirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır”.
Ətraflı Baku TV-nin süjetində: