AZ

Yüz illik sazişin gizli bəndləri var - Zelenskidən MÜƏMMALI AÇIQLAMA - VİDEO

“Ukrayna və Böyük Britaniya arasında imzalanan yüz illik sazişin qapalı, gizli bəndləri də var”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
 

“Müqavilə iqtisadi, texnoloji və təhsil sahəsində qarşılıqlı əlaqəni - bizim məktəb və universitetlərimizin Britaniya ilə birlikdə inkişafını nəzərdə tutur. Lakin sövdələşmənin qapalı, gizli hissəsi də var. Həqiqətən bizə əzm verən bəndlər”, - deyə prezident qeyd edib.


Onun sözlərinə görə, təkcə bu il London Kiyevə 6,6 milyard dollarlıq hərbi yardım edib.

Qeyd edək ki, saziş Ukrayna Prezidenti Volodimir Zelenski və Kiyevdə səfərdə olan Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında imzalanıb.


Bizim.Media

Seçilən
0
1
bizim.media

10Mənbələr