AZ

Sem Altman uğur üçün zəruri olan bacarıqları açıqladı

"Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə faktları yadda saxlamaq və məlumatlı olmaq hələ də vacibdir, lakin gələcəkdə bu, doğru suallar vermək bacarığı qədər əhəmiyyətli olmayacaq".

Valyuta.az xəbər verir ki, bu barədə "OpenAI"nin baş direktoru Sem Altman CNBC-yə verdiyi açıqlamada bildirib.

Altman psixoloq Adam Qrant tərəfindən hazırlanmış "ReThinking" adlı podkastda qeyd edib: "Biz müəyyən bacarıqları hələ də yüksək qiymətləndirəcəyik, lakin bunlar əvvəlki kimi intellektual güclə bağlı olmayacaq. Suallar vermək, onlara cavab tapmaqdan daha vacib olacaq".

Podkast zamanı Qrant da vurğulayıb ki, düşünməyə vadar edən suallar vermək və bir ideyanı daha geniş kontekstdə anlamaq və ya əlavə etmək üçün belə suallardan istifadə etmək artıq mühüm bacarıqdır.

Qrantın fikrincə, əvvəllər biliklərin yadda saxlanılması və çoxlu faktları toplamaq insanı ağıllı və hörmətə layiq biri kimi tanıdardı. Lakin indi daha çox dəyər verilən xüsusiyyət, bilikləri birləşdirmək və uyğunluqları tanımaq bacarığıdır. Bu, yeni dövrdə uğur əldə etmək istəyənlər üçün üstünlük yaradır.

Altmanın sözləri süni intellekt texnologiyaları, o cümlədən çatbotlarla iş zamanı maraqlı və yaradıcı suallar vermək üçün bir tövsiyə kimi də qəbul edilə bilər.

Paşa Məmmədli
 

Seçilən
2
valyuta.az

1Mənbələr