AZ

Deputat Rusiyanın yeni səfərbərliyə ehtiyacı olmadığını deyir, amma..

...Xüsusi əməliyyat zonasındakı Rusiya hərbçiləri “onlarla istiqamətdə” irəliləyişlərini davam etdirirlər və Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq istəyənlərin sayı artır ki, bu da yeni səfərbərliyə ehtiyacı aradan qaldırır.

SİA-nın məlumatına görə, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov danışıb. ...Təbii ki, bu gün yeni səfərbərlik dalğasına ehtiyac yoxdur. Biz xüsusi hərbi əməliyyatı davam etdiririk, uğurla həyata keçirilir, hər gün onlarla istiqamətdə irəliləyirik.

Bunu deyən Kartapolov vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasındakı qruplarını lazımi hər şeylə, o cümlədən şəxsi heyətlə tam təmin edir.

...Hər gün 1000-ə yaxın insan könüllü olaraq hərbi komissarlıqlara gəlir və müqavilə imzalayırlarə

Qeyd edək ki, TASS bunu deputatın dediklərinə istinadən bəyan edib.

...Bundan əvvəl Kartapolovun Dövlət Dumasının Müdafiə Komitəsində birinci müavini Andrey Juravlev “Abzats” nəşri ilə söhbətində ölkəni müdafiə etmək üçün kişilərin hazırlanmasının vacibliyi ilə bağlı fikirlərini bildirmişdi.

Və bir sıra Telegram kanalları bu bəyanatı mümkün yeni səfərbərliyə işarə kimi qəbul etmişdilər.

Kartapolov bildirib ki, guya Juravlevin nəzərdə tutduğu şey başqa bir şeydir..?

Deputat qeyd edib ki, biz hamımız gələcəkdə baş verə biləcək hadisələrə hazırlaşmalıyıq və gələcək hər şey ola bilər. Bundan əvvəl hərbi ekspert Aleksandr Çuqay Rusiyada yeni səfərbərliyin perspektivlərini dəyərləndirib.

Kremlin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Rusiya Ukraynanın Qərb müttəfiqlərindən aldığı hərbi yardımı diqqətlə izləyir.

Əli Babayev

Seçilən
5
sia.az

1Mənbələr