Qəzza ilə bağlı atəşkəs sazişi təsdiqlənərsə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir istefa verəcək.
Axar.az xəbər verir ki, bu barədə nazir özü məlumat verib.
"Bu sövdələşmə qəbuledilməzdir. Əgər bağlanarsa, Otzma Yəhudit Partiyası hökuməti tərk etmək tələbi ilə çıxış edəcək", - nazir bildirib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşdırılan atışkəs razılaşması ötən gün imzalanıb.