Bakı. Trend:
Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində roloynamağa hazırdır.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın başnaziri Key Starmer Kiyevə səfəri zamanı "Sky News" telekanalınamüsahibəsində deyib.
"Mən bunu bir sıra müttəfiqlərlə, [Fransa prezidenti Emmanuel]Makronla müzakirə etdim. Biz öz rolumuzu tam oynayacağıq", - deyə oqeyd edib.