AZ

"Mertlə sevgili olduğum üçün pul almamışam"

Menecer Ayşe Barıma qarşı aparılan istintaq çərçivəsində dindirilən aktrisa Serenay Sarıkayanın ifadəsi üzə çıxıb.

"Ölkə.az" xəbər verir ki, aktrisa Mert Demirlə reklam üçün yox, öz istəyi ilə sevgili olduğunu bildirib:

"Ayşe Barım tərəfindən hər hansı təzyiq və ya təhdidlərə məruz qalmamışam. Mert Dəmirlə münasibətimiz 1 il yarım davam etdi. Ayşe Barım bu münasibətlə bağlı heç bir təklif və ya göstəriş verməyib. Heç kimdən pul almamışam, yalandır. Bank hesablarımı yoxlaya bilərsiniz”.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən ID İletişim şirkəti haqqında araşdırma başladıb.(Axşam.az)

Seçilən
2
2
olke.az

10Mənbələr