AZ

NATO Rusiyadan qorunmaq üçün “qalxan” yaradır

NATO Hərbi Komitəsi Rusiyadan qorunmaq üçün “qalxan” yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə komitənin sədri Rob Bauer məlumat verib.

O düşünür ki, NATO Rusiyadan gələn təhdidlərdən kollektiv şəkildə müdafiə olunmalıdır.

“Bizə kollektiv olaraq, belə deyək ki, qalxan lazımdır. Biz müdafiə planlarını həyata keçirmək prosesindəyik, hər bir müttəfiq bu “qalxan”a töhfə vermək üçün nə etməli olduğuna bilir”, - o deyib.

O əlavə edib ki, "qalxan" hər bir NATO üzvünün ÜDM-nin 2%-dən çoxuna başa gəlir.
Seçilən
2
1
sherg.az

2Mənbələr