AZ

Cənubi Koreyada polis prezidentin təhlükəsizlik departamentinin direktorunu saxlayıb

Cənubi Koreya polisi prezidentin təhlükəsizlik departamentinin direktoru vəzifəsini icra edən Kim Son Hunu həbs edib.

“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Kim Son Hun dindirilmək üçün Seuldakı Milli İstintaq Agentliyinin qərargahına gəldikdən sonra saxlanılıb.

O, öz vəzifələrini yerinə yetirərkən hakimiyyət orqanlarına mane olmaqda şübhəli bilinib. Həbs olunmazdan əvvəl özü də təhlükəsizliyin təmin edilməsi üçün qanuni vəzifələrini yerinə yetirdiyini bildirib.

Seçilən
24
5
report.az

10Mənbələr