Cənubi Koreyada gərginlik davam edir. Son olaraq ölkə prezidentini bir neçə cəhddən sonra polis əməkdaşları, indi də prezidentin təhlükəsizlik xidmətinin direktoru vəzifəsini icra edən Kim Son Hunu həbs ediblər. Yonhap xəbər agentliyinin məlumatına görə, Kim Son Hun dindirilmək üçün Seuldakı Milli İstintaq Agentliyinin qərargahına gəldikdən sonra saxlanılıb.
O, öz vəzifələrini yerinə yetirərkən hakimiyyət orqanlarına mane olmaqda şübhəli bilinib. Həbs olunmazdan əvvəl özü də təhlükəsizliyin təmin edilməsi üçün qanuni vəzifələrini yerinə yetirdiyini bildirib.
Mətləb Salahov