Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) keçirilən səsvermədə Fransua Bayru hökumətinə etimadsızlıq təklifi rədd edilib.
Qətnaməni 131 deputat dəstəkləyib, təsdiq üçün isə 289 deputat tələb olunub.
Solçu "Yeni Xalq Cəbhəsi" koalisiyasının ən böyük partiyası olan "Tabe olmayan Fransa"nın irəli sürdüyü etimadsızlıq səsverməsi, xüsusən də onun solda müttəfiqi olan sosialist deputatların böyük əksəriyyəti tərəfindən dəstəklənməyib.
Bu vəziyyət sol müxalifətin bu iki ən böyük partiyası arasında parçalanma olduğunu göstərir, çünki Sosialist Partiyası əvvəllər tərəfdaşlarının təklif etdiyi etimadsızlıq səslərini dəstəkləmişdi.
Oxuməni.az