AZ

Düsen Kasainov ICTMD-nin ilk səfiri seçilib

İstanbul, 17 yanvar, Günel Karatepe, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sabiq baş katibi Düsen Kasainov UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın ilk səfiri seçilib.

AZƏRTAC xəbər verir ki, Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində keçirilən UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) 47-ci Dünya Konfransının ümumi iclasında təşkilatın rəhbərliyi və icraiyyə şurası üçün seçkilər keçirilib. Konfransda iştirak edən, dünyanın 70 ölkəsində olan nümayəndələr tərəfindən icraiyyə şurasının təşkilatın rəhbərlik strukturuna “ICTMD səfiri” statusunun əlavə edilməsi xüsusi maraqla qarşılanıb, bu addım tarixi qərar kimi qiymətləndirilib.

Bu fəxri status şuranın məqsədlərinin irəliləməsinə əhəmiyyətli töhfələr verən, mədəni irsin qorunması və tanıdılması üçün çalışan, eləcə də beynəlxalq səviyyədə ICTMD-nin inkişafı üçün gələcək planlar təklif edən üzvlər üçün nəzərdə tutulub.

Ali statusun ilk sahibi olaraq Lizbon Salva Castelo Branca Universitetinin professoru, 2013-2019-cü illə arasında ICTMD-nin Prezidenti olmuş, 2008-2022-ci illər arasında isə TÜRKSOY-un baş katibi vəzifəsini icra etmiş Düsən Kaseinov seçilib.

Tədbirdə çıxış edən ICTM-nin prezidenti professor Svanibor Pettan Kaseinovun rəhbərliyi altında TÜRKSOY ilə ICTMD-nin strateji tərəfdaş olduğunu və bir sıra mühüm tədbirlərin təşkilində dəstək verdiyini bildirib.

Kaseinovun namizədliyinin icraiyyə şurası və konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndiyini qeyd edən Pettan sabiq baş katibin ICTMD səfiri seçilməsinin TÜRKSOY ölkələrinin mədəniyyət və incəsənət sahəsində beynəlxalq əməkdaşlığının inkişafında mühüm rol oynadığını deyib.

 

 

 

Seçilən
5
2
azertag.az

3Mənbələr