AZ

34 nəfər saxta içkidən öldü, polis hərəkətə keçdi – ŞOK DETAL

İstanbul polisi zəhərlənmə halları ilə əlaqəli olaraq 32,9 min litr metil və etil spirti müsadirə edib.

Ulusal.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Verilən xəbərə görə, saxta spirtli içki istehsal edərək satmaqda şübhəli bilinən on nəfər saxlanılıb.

İstanbul valiliyinin mətbuat xidməti isə ümumilikdə 15 şübhəlinin saxlanıldığını, dörd nəfərin isə məhkəmə qərarı ilə həbs edildiyini açıqlayıb. Valilik həmçinin ilin əvvəlindən etibarən saxta spirtli içki satışı ilə məşğul olan 64 müəssisənin lisenziyasının ləğv edildiyini bildirib.

Qeyd edək ki, yanvarın 1-dən bu yana saxta spirtli içkilərin istifadəsi nəticəsində İstanbulda 34 nəfər həyatını itirib.

Seçilən
0
3
moderator.az

4Mənbələr