AZ

Onlarla qədim məzar tapıldı: Yoxa çıxan dildə lənət yazılıb

Fransada arxeoloqlar Roma dövrünə aid "lənət lövhələri" olan onlarla dəfn aşkar ediblər. Onlardan ən azı biri yoxa çıxmış  dildə yazılıb.

"Cebheinfo.az" bu barədə "Live Science"-ə istinadən xəbər verir.

Parisdən təqribən 120 kilometr cənub-qərbdə yerləşən Orlean şəhərində 18-ci əsrə aid xəstəxananın altında aparılan qazıntılar zamanı divar boyunca ardıcıl düzülmüş 60-dan çox dəfn aşkarlanıb.

I əsrin sonu - III əsrin əvvəllərinə aid olan qəbiristanlıq o dövr üçün qeyri-adi idi, çünki dəfnlər bir-birinin ardınca qazılırdı, orada qadın və uşaq yox idi, boyalı taxta tabutların izləri və kremasiyalar yox idi.

Ərazidə qazıntı aparan Orlean arxeoloji xidmətinin məlumatına görə, bu, qurbanların müəyyən bir qrupa, məsələn, eyni peşənin nümayəndələrinə aid olması demək ola bilər.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin Kelt dilçiliyi üzrə mütəxəssisi Pierre-Yves Lambert hesab edir ki, lənət lövhələrindən biri “Mars Rigisam”a həsr olunub. Bu da Gall dilində “Kral Mars” və ya Roma müharibə tanrısı deməkdir. Həm latın, həm də qall dillərində olan yazıda haqsız hərəkətlərinə görə lənətlənən bir neçə nəfərin adı sadalanır.

Bölgəni Roma fəth etdikdən sonra bir neçə əsr ərzində qall dili danışılmağa davam etsə də, bu dil nadir hallarda yazılırdı. Buna görə də lənət lövhələri artıq bu yoa çıxan dilin mühüm yeni nümunələrini təqdim edir.

İkinci lənət lövhəsi  rentgen skanından keçirilib. Daxili skan edilib, lakin lövhə hələ açılmayıb. Ərazidə arxeoloji qazıntılar bu ayın sonunda başa çatacaq və tədqiqatçılar qazıntılar zamanı aşkar edilmiş bütün materialların əlavə laboratoriya analizlərini aparacaqlar.

Xəzər

"Cebheinfo.az"

Seçilən
6
cebheinfo.az

1Mənbələr