AZ

Neft bahalaşdı

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.54%% artaraq 81.744 dollar/barelə çatıb.

Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri 0.82% artaraq 79.322 dollar təşkil edib.

Qeyd edək ki, WTI markalı neft aylıq əsasda 13.28% , illik əsasda isə 7.44% dəyər qazanıb. "Brent” markalı neft isə aylıq 11.36%, illik 3.32% bahalaşıb.

Seçilən
1
1
publika.az

2Mənbələr