AZ

G7 ölkələri Qəzzaya yardımın sürətlə çatdırılmasını tələb ediblər

"Yeddilik Qrupu" (G7) liderləri İsrail və HƏMAS arasında Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs bərqərar edilməsinə dair razılaşmanı alqışlayırlar.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu ölkələrin qeyri-rəsmi klubunun bəyanatında bildirilib.

Məlumata əsasən, bununla əlaqədar olaraq G7 tərəflərdən humanitar yardımın zərər çəkmiş ərazilərə operativ və maneəsiz çıxışını təmin etməyi tələb edib.

"Biz G7 liderləri İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasını tam dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Biz [razılaşmanın] bütün tərəflərindən humanitar yardımın təhlükəsiz, sürətli və maneəsiz çatmasını və mülki şəxslərin, o cümlədən humanitar işçilərin müdafiəsini təmin etməyi tələb edirik", - deyə qeyd olunub.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr