AZ

Ermənistanın sabiq prezidenti  İran səfiri ilə görüşüb

Busaat.az xəbər verir ki, Ermənistanın birinci prezidentinin mətbuat katibi Arman Musinyan yanvarın 16-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın İran səfiri Mehdi Sobhani ilə görüşdüyünü açıqlayıb.
İki saata yaxın davam edən görüşdə regional təhlükəsizliyin təmin və inkişaf edilməsi, kommunikasiyaların fasiləsiz işləməsi və ikitərəfli münasibətlərin digər aspektləri ətraflı müzakirə olunub.
Görüşdə İran səfirliyin mədəniyyət üzrə müşaviri Əliəsgər Şəhamətdar və Ermənistanın birinci prezidentinin administrasiyasının rəhbəri Avatis Avakyan da iştirak ediblər.

Seçilən
8
busaat.az

1Mənbələr