Polşa və Britaniya arasında Rusiyanın nəzarət altına alınmasına dair bənd daxil olan pakt imzalanacaq...
Poliqon xəbər verir ki, bu barədə Politici nəşri məlumat yayıb. Pakt Böyük Britaniyanın baş naziri Kir Starmerin Varşavaya gözlənilən səfəri zamanı imzalanacaq.
Nəşr qeyd edir ki, bu Böyük Britaniyanın Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq və Fransa və Almaniya ilə son razılaşmalara əsaslanacaq sazişin razılaşdırılması üçün danışıqların bu ay başlanması gözlənilir.
Politico yazır ki, London və Varşava artıq birgə müdafiə layihələrini fəal şəkildə həyata keçirirlər. Xüsusilə, söhbət Baltik dənizində patrul həyata keçirmək üçün yeni hərbi gəmilərin çatdırılmasını nəzərdə tutan “Miecznik” AH140 freqatının yaradılmasından gedir. Hava hücumundan müdafiə sisteminin tətbiqi üçün də tədbirlər görülür.
Qeyd edək ki, bundan əvvəl Starmer bildirib ki, Britaniya Ukrayna üzrə sülh danışıqlarında tam rol oynayacaq. O əlavə edib ki, söhbət təkcə Ukraynanın suverenliyindən deyil, həm də Böyük Britaniyanın özünün “dəyərləri, azadlığı və demokratiyasından” gedir və bu məsələnin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə olunduğunu vurğulayıb.
Poliqon.info