“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, “şəhərlilər” “Ayntraxt”dan Omar Marmuşun transferini həll edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubu misirli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Omar Marmuş bu mövsüm bütün turnirlərdə 26 oyuna 20 qol vurub, 14 məhsuldar ötürmə edib. Transfermarkt portalı misirlinin dəyərini 60 milyon avro qiymətləndirir.