AZ

Türkiyə Qazaxıstana kimyəvi maddə ixracını artırıb

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstanakimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,1faiz artaraq, 248 milyon 187 min 91 dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana 22 milyon 61 min35 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cüilin dekabr ayı ilə müqayisədə 36,9 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninkimyəvi maddə ixracı 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə 1faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabərolub.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 mindollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilindekabr ayı ilə müqayisədə 1,4 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 30 milyard 785 milyon 242 min dollarməbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Seçilən
1
11
az.trend.az

10Mənbələr