“İmkan olsaydı, insanların başqaları haqqında fikir bildirmək bacarıqlarını əllərindən alardım”.
Bu sözləri instaqramda aktrisa Kəmalə Piriyeva yazıb. O, fikirlərinə bunları əlavə edib:
“Bəzi adamların ümumiyyətlə bu haqqı olmamalıdır. Hamı haqqında (xarici görünüşü, zövqü, həyat tərzi, dini, əxlaqı) zəhərli fikirləri var. Sənə nə kim, nə geyinir? Sənə nə kim necə yaşayır? Sənə nə? Sən özünə cavabdehsen. Ətrafındakı insanlara, cəmiyyətə bir zərəri toxunmursa, hər kəsin istədiyi kimi yaşamaq haqqı var. Birini qınamağın yaxşı bir əməl olmadığını əzbərləyənlər, o biri tərəfdən dili boğaza qoymur. Biri haqqında yaxşı danışmaq içinizdən gəlmirsə, heç olmasa susun! Ətrafa saçdığınız pis enerjili sözləri görmək, eşitmək məcburiyyətində qalmaq istəmirik”. (olay)