AZ

Göyçayda su çəni PARTLADI -Xəsarət alan var

Göyçayda 34 yaşlı qadın yanıq xəsarəti alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki,1991-ci il təvəllüdlü Cəfərova Sevinc yaşadığı evin hamam otağında su ilə dolu çənin partlaması nəticəsində yanıq xəsarəti alıb. 

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu

Seçilən
0
2
bizim.media

3Mənbələr