AZ

Bauer: NATO ABŞ-ın Ukraynaya hərbi yardım koordinasiyasını öz üzərinə götürür

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, Alyans Ukraynaya hərbi yardımın koordinasiyası üzrə məsuliyyətin bir hissəsini öz üzərinə götürür.

“İki sahil” xəbər verir ki, o, bu barədə Brüsseldə Müdafiə Qərargah Rəisləri Hərbi Komitəsinin iclasında bildirib.

Admiral izah edib ki, bu dəyişikliklər siyasi dəyişikliklərdən asılı olmayaraq, Ukrayna üçün sabitliyi təmin edəcək daimi yardım mexanizmlərinin yaradılmasına yönəlib.

Bauer hesab edir ki, Ukraynanın ali komandirləri üçün müharibə Qərb paytaxtlarında baş verən hadisələrdən asılı deyil, ona görə də Ukrayna Silahlı Qüvvələri üçün daimi yardım vacibdir.

O vurğulayıb ki, Alyans Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizəni davam etdirmək üçün lazım olan hər şeyi təmin etməyə sadiqdir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
30
21
ikisahil.az

10Mənbələr