AZ

Xorvatiyanın PPD şirkətindən qaz tədarükü ilə bağlı SOCAR-la əməkdaşlıq perspektivlərinə dair açıqlama

Bakı, TurkicWorld

Xorvatiyanın "Prvo Plinarsko Drustvo" (PPD) şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə gələcək əməkdaşlıq imkanlarının öyrənilməsinə marağı qoruyub saxlamaqdadır.

Bunu TurkicWorld-ə PPD-dən olan mənbə bildirib.

PPD Xorvatiyada ən iri təbii qaz idxalçısı hesab olunur və ölkənin istehlakçıları üçün qaz tədarükünü təmin edir. Ötən ilin sentyabr ayından şirkət, eyni zamanda, Azərbaycan qazının Xorvatiyaya tədarükünə vasitəçilik edir.

"SOCAR-la müqavilədə müəyyən edilmiş və ya hazırda tədarük edilən qaz həcmləri barədə konkret rəqəmləri açıqlaya bilməsək də, onu təsdiq edə bilərik ki, bu əməkdaşlıq bizim tədarük portfelimizi əhəmiyyətli dərəcədə möhkəmləndirib, ələlxüsus cari payız-qış mövsümündə", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, mövcud tərəfdaşlıq təbii qaz mənbələrinin şaxələndirilməsinə və Xorvatiyadakı müştərilərin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş uzunmüddətli şirkət strategiyalarına uyğun gəlir.

"Bu kontekstdə PPD enerji tədarüklərimizin şaxələndiirlməsinin gücləndirilməsi və etibarlılığının artırılması məqsədilə SOCAR-la və digər etibarlı tərəfdaşlarla əməkdaşlıq imkanlarının bundan sonra da öyrənilməsinə açıqdır. Bununla belə, bu əməkdaşlığın həcmi və müddəti bazar şəraitindən və bizim indiki və gələcək müştərilərimizin tələblərindən asılı olacaq", - deyə mənbə bildirib.

Qeyd edək ki, SOCAR 1 sentyabr 2024-cü ildən etibarən Xorvatiyaya təbii qaz tədarükünə başlayıb. Sözügedən tədarük PPD və MET Group vasitəsilə həyata keçirilir.

Azərbaycan Avropaya təbii qazı Cənub qaz dəhlizi vasitəsilə nəql edir. Trans-Adriatik boru kəmərinin cari buraxıcılıq qabiliyyəti dəhlizin Avropa hissəsində ilə 10 milyard kubmetr təşkil edir. Bununla boru xətti ilə nəql 20 milyard kubmetrə çatdırılma potensialına malikdir.

Seçilən
2
1
turkic.world

2Mənbələr