Yaponiyanın Xirosima prefekturasında yerləşən Etadzima şəhəri yaxınlığında böyük meşə yanğını baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
NHK telekanalı qeyd edib ki, cümə günü həmin ərazidə ölkənin Özünümüdafiə Qüvvələrinin partlayıcı maddələrdən istifadə etməklə atışları keçirilib. Bu da yanğına səbəb ola bilərdi.
Görüntülərə əsasən, yanğınsöndürənlər bu bölgədə geniş dağ-meşə massivini əhatə edən yanğının söndürülməsi üzərində işləyirlər.
Polis yanğının baş vermə səbəblərini araşdırır.
Meşənin kənarında yerləşən qocalar evindən təxminən 150 nəfər təxliyə edilib, xəsarət alanlar barədə hələlik məlumat yoxdur.