AZ

Tanışı ilə birgə qohumunu şantaj edən şəxsə hökm oxundu

Ağstafa Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Dəmir Qələndərov və onun tanışı Əmir Məlikovun (hər ikisinin ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə onlara şərti cəza verilib.


İttihama görə, Dəmir Qələndərov və onun tanışı Əmir Məlikovun qohumu, zərərçəkmiş, 2009-cü il təvəllüdlü S.S. (ad, soyadı şərtidir) ilə sevgili olub. Onlar zərərçəkmişə “Teleqram”da fotoşəkillərinin olmasını, həmin fotoşəkillərin altında onun mobil nömrəsi, yaşadığı yer və sair sözlər yazılmasını bildirib. Dəmir həmin şəkillərin silinməsi üçün qızdan 200 manat pul tələb edib. S.S. də ona 100 manat pul verib.

 

Əmir də eyni yolla qohumu olan qızdan 180 manat pulu hədə-qorxu yolu ilə ələ keçirib.


Daha sonra S.S.-in anası hüquq-mühafizə orqanlarına müraciət edib və Dəmirlə Əmir saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Kamal Məmmədov 

Tarix: 17 Yanvar 2025, 10:11   
Seçilən
1
3
pravda.az

4Mənbələr