AZ

Ermənistan prezidenti Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşüb

Image

Ermənistan rəhbərliyinin Avropa İttifaqına üzv ölkələrlə yaxınlaşma siyasəti durmadan artır. Artıq erməni rəhbərliyi müntəzəm olaraq üzv ölkələrin İrəvandakı səfirləri ilə mütəmadi görüşlərə start verib. Nikol Paşinyandan sonra indi də Ermənistan prezidenti Vaaqn Xaçaturyan Avropa İttifaqına üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüşüb. "Aysor.am" saytı bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, görüş zamanı Ermənistan-Avropa İttifaqı əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək proqramların həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Mətləb Salahov





Seçilən
6
baki-xeber.com

1Mənbələr