AZ

İran və Qətər XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər

Image

İran və Qətərin xarici işlər nazirləri arasında telefon danışığında Qəzza zolağında atəşkəs razılaşması da daxil olmaqla regionda baş verən son hadisələr müzakirə edilib. Bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, İran XİN başçısı Abbas Əraqçi və qətərli həmkarı Şeyx Məhəmməd bin Abdulrəhman bin Cassim əl Tani tərəfləri qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.
İranlı nazir atəşkəslə bağlı əldə olunan razılaşmanı yüksək qiymətləndirib. Əl Tani həmkarını atəşkəslə bağlı danışıqların gedişi barədə məlumatlandırıb.

Mətləb






Seçilən
5
7
baki-xeber.com

2Mənbələr