AZ

"Neftçi"dən ayrılan futbolçu Azərbaycanda qalacaq?

"Bu gün bizim Lebonla hər hansı bir danışığımız yoxdur, transfer real deyil".

Bu sözləri Publika.az-a açıqlamasında "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov klubun yarımmüdafiəçi Kilan Lebonla danışıqlar aparması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyib. Naxçıvan təmsilçisinin rəsmisi bir neçə gün öncə "Neftçi"dən ayrılan futbolçunun ünvanına xoş sözlər desə də, bu transferdə maraqlı olmadıqlarını bildirib:

"Lebon, əlbəttə ki, yaxşı oyunçudur. Hər bir komanda onu heyətində görmək istəyər. Amma bu xəbərlər həqiqəti əks etdirmir".

Kilan paytaxt klubu ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb. Əldə etdiyimiz məlumata görə, Sent-Martin millisinin üzvünün müqaviləsinin bitməsinə 6 ay qalsa da, o, "Neftçi"dən heç bir təzminat almadan getmək qərarına gəlib. 27 yaşlı futbolçu hətta klubdan alacaqlarından da imtina edib.

Seçilən
0
50
publika.az

10Mənbələr