AZ

Ucarda ailə faciəsi: İKİ QARDAŞ EYNİ GÜNDƏ DÜNYASINI DƏYİŞDİ

Ucarda ailə faciəsi yaşanıb. İki qardaş eyni gündə vəfat edib.

 

Baku.TV bildirir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 61 yaşlı Suliddin Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Amma göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bunu eşidən mərhumun qardaşı, 67 yaşlı Aydın Həsənov da yaşadığı evdə dünyasını dəyişib.

 

Ətraflı videomaterialda:


Seçilən
0
7
senzor.az

9Mənbələr