Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, saxlanılan şəxs vətənində həmyerlisinə qarşı dələduzluq edib. Zərər 19,5 milyon rubldan çox olub. Daha sonra əcnəbi törətdiyi əmələ görə məsuliyyətdən yayınmaq üçün ölkədən qaçıb. Amma o, İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.
İndi həmin şəxs həbs edilib və onun vətəninə ekstradisiyası məsələsi həll edilir.
Bundan əvvəl Anqara rayonunda polis İnterpol xətti ilə axtarışda olan əcnəbini saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31