Göyçayda qadın ağır yanıq xəsarətləri alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisindəki evlərin birində baş verib.
1991-ci il təvəllüdlü Sevinc Cəfərova hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəni partlayıb. Nəticədə qadın yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onun bədəninin 70-80 faizinin yandığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.