AZ

Qadın hüquqları AQEM-in fəaliyyətində üstün yer tutur

Oktyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Komitə sədri Bahar Muradova, ölkəmizin Asiya regionunda ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayan təşkilata sədrliyi dövrünün uğurla həyata keçirlildiyini bildirib. Üzv dövlətlər arasında qadın və uşaq hüquqlarının müdafiəsi, ailə dəyərləri və milli identlikliyin qorunması sahəsində əməkdaşlığın önəmini vurğulayan sədr, AQEM yanında qadınlar birliyinin yaradılması təklifini irəli sürüb. O, bu birliyin qadın hərəkatının geniş vüsət aldığı Asiya regionunda qadınların təşkilatlanaraq gücləndirilməsinə və həyata keçirilən layihələrdə fəal iştirakına səbəb olacağını deyib.
Baş katib Kayrat Sarıbay Azərbaycanın təşkilata sədrliyi dövründə qadınların inkişafı və iqtisadi gücləndirilməsi layihələrinin prioritet istiqamətlərdən olacağını bildirib və bu sahədə mühüm nəticələrin əldə ediləcəyinə inamını ifadə edib. 
Görüş Azərbaycanın sədrliyi dövründə AQEM üçün əhəmiyyət kəsb edən digər mövzular üzrə prioritetlərin müzakirəsi ilə davam edib.

Z.BƏŞİRQIZI
XQ

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr