AZ

Mühərrik yağının dəyişdirilməsi intervalının düzgün hesablanmasının sirləri

Bir çox avtomobil sahibləri mühərrik yağının nə qədər tez-tez dəyişdirilməli olduğunu soruşurlar.

NOCOMMENT.az-ın “Rossiyskaya Qazeta”ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Aleksandr Sosnovski mühərrik yağının ömrünün nədən asılı olduğunu və onun dəyişdirilmə intervalının necə düzgün hesablanmasını izah edib.

Yağın ömrünə təsir edən amillər

Ekspertin sözlərinə görə, mühərrik yağının ömrünə bir sıra amillər təsir edir. Bunlara avtomobilin istismar şərtləri – ekstremal temperaturlarda (həm yüksək, həm də aşağı) sürmək, şəhərdə və ya dağlıq ərazilərdə hərəkət, qoşqu dartması və idman sürücülük tərzi daxildir.

Bundan əlavə, istifadə olunan yanacağın keyfiyyəti və mühərrikin ümumi vəziyyəti də mühüm rol oynayır.

Avtomobil istehsalçılarının tövsiyələri

Aleksandr Sosnovski qeyd edir ki, avtomobil istehsalçıları çox vaxt servis kitabçalarında yağın dəyişdirilməsinin tövsiyə olunan intervalını avtomobilin yürüşünə əsaslanaraq göstərirlər.

“Lakin normal və ağır istismar şərtləri üçün ayrı-ayrı qaydaların verildiyinə diqqət yetirmək vacibdir. Avtomobil istehsalçısı normal istismar şərtləri və ağır şərtlər üçün ayrıca reqlament göstərir”, – deyə mütəxəssis vurğulayıb.

O bildirib ki, müasir avtomobillər xüsusi sensorlar və avtomatik idarəetmə bloku vasitəsilə istismar şərtlərini müstəqil müəyyən edə bilirlər.\\Oxu.az

Seçilən
0
4
nocomment.az

5Mənbələr