AZ

“AccessBank” qiymətli kağızları 46.1 fazi azalıb

“AccessBank”ın aktivlər cəmi 2024-cü ilin son rübündə 93 milyon 7 min manat artaraq 1 milyard 485 milyon manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda əsas pay kredit portfelinin üstünə düşüb. Belə ki, bankın istehlak kreditləri 11 milyon 605 min manat artaraq 239 milyon 142 min manata, biznes kreditləri 121 milyon 835 min manat artaraq 901 milyon 880 min manata, daşınmaz əmlak kreditləri 4 milyon 345 min manat artaraq 10 milyon 528 min manata yüksəlib. Nəticədə bankın kredit portfeli 1 milyard 151 min manat olub ki, bu da 2023-cü ilin 4-cü rübü ilə müqayisədə 137 milyon 785 min manat çoxdur.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 682 min manat artıraraq 48 milyon 966 min manata yüksəldən “AccessBank”ın xalis kreditləri 134 milyon 103 min manat artaraq 1 milyard 102 milyon manata çatıb.

Bankın ticarət və investisiya qiymətli kağızları isə 48 milyon 202 min manat azalaraq 56 milyon 311 min manata enib.

.news-tags {

padding-top: 10px;

}

.news-tags span {

display: inline-block;

border: 1px #999 solid;

border-radius: 3px;

padding: 0 10px;

cursor: pointer;

}

.news-tags span:hover {

background-color: #999;

color: #fff;

}

.news-tags span:hover a {

color: #fff;

}

access bank

Bank

cəmi aktivlər

Seçilən
2
kommersant.az

1Mənbələr