AZ

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

2024-cü il ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 107 min 472 zəng daxil olub. Müraciətlərdən 89 min 261-i müvafiq olaraq dərhal cavablandırılıb, 18 min 211 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 8 min 579 müraciət barədə vətəndaşlara müvafiq izahatlar verilib, 9 min 226 müraciətlə bağlı məsələ həll edilib, 406 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin mövzusu əsasən müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi , eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

Seçilən
0
6
yeniazerbaycan.com

8Mənbələr