AZ

Cənub bölgəsi üzrə 9 şagird fənn olimpiadalarında maksimum nəticə göstərib

Lənkəran, 17 yanvar, İlkin Adıyev, AZƏRTAC

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin 945 şagirdi respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarımfinalda iştirak hüququ qazanan şagirdlərin 9-u 100% nəticə göstərib.

Növbəti mərhələdə iştirak edəcək 945 şagirdin 300-ü Lənkəran, 210-u Cəlilabad, 149-u Masallı, 123-ü Astara, 82-si Lerik, 81-i Yardımlı rayon ümumi təhsil məktəblərinin yetirmələridir. Yarımfinal mərhələsində iştirak edəcək şagirdlərin 284 nəfəri Azərbaycan dili və ədəbiyyat, 248 nəfəri riyaziyyat, 138 nəfəri tarix, 80 nəfəri coğrafiya, 84 nəfəri informatika, 53 nəfəri biologiya, 45 nəfəri kimya, 33 nəfəri fizika fənni üzrə biliklərini sınayacaq.

Maksimum nəticə göstərən şagirdlərin 6-sı Lənkəran, 2-si Masallı, 1-i isə Astara rayonunun məktəblərində təhsil alır.

 

Seçilən
24
azertag.az

1Mənbələr