AZ

Dövlət Vergi Xidmətində ötən il 600-dən çox cinayət işi başlanıb

Bakı. Trend:

Dövlət Vergi Xidmətində ötən il 637 cinayət işi başlanıb.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Belə ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Başİdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsi, məhkəmənin qanuni qüvvəyə minmişqərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarınıhazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası iləmarkalanmalı olan məhsulları (malları) saxta aksiz markaları iləmarkalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalıolan məhsulları (malları) belə marka olmadan satma, qanunsuzsahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma vəyalançı sahibkarlıq faktları üzrə cəmi 637 cinayət işibaşlanıb.

Hesabat dövründə 86 cinayət işinin icraatına xitam verilib, 88nəfər barəsində 78 cinayət işi ittiham aktı tərtib edilərək BaşProkurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismindətutulmuş 19 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış və bəraətverici əsaslar olmadan cinayətişinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişməlumatlar üzrə 14,9 milyon manat məbləğində vurulmuş ziyan dövlətbüdcəsinə ödətdirilib.

Hesabat dövründə istintaq olunan cinayət işləri üzrə ümumilikdə32,5 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təminedilib.

2024-cü ildə müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal,topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyətigöstərən 120 vergi ödəyicisində 159 vergi nəzarəti tədbiri həyatakeçirilib, vergi ödəyicilərinə ümumilikdə 1,2 milyon manatməbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmiş operativvergi nəzarəti tədbirləri nəticəsində 240 nəfər işçinin əməkmüqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlbedilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxilolmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsindədövlət büdcəsinə 1,8 milyon manat vəsait ödətdirilib.

Seçilən
0
28
az.trend.az

10Mənbələr