AZ

Rusiya Fransanı əsas bölgədən sıxışdırıb çıxardı: Putin həmin ölkədə baza yaradır

Vladimir Putin əsas Afrika müttəfiqini Rusiyanın Suriyada Əsəd rejiminin süqutunun qarşısını ala bilməməsindən sonra Kremlin hərbi yardımına arxalana biləcəyinə inandırmağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə “The Times” yazır. Nəşr qeyd edir ki, Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuaderanı 2018-ci ildən almaz və qızılla zəngin Afrika ölkəsinə göndərilən rusiyalı “Vaqner Qrupu”nun muzdluları dəstəkləyib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Tuadera Moskvaya "təhlükəsizliyin qorunması ilə bağlı çox həssas" məsələləri müzakirə etmək üçün səfər edib.

Qeyd edilir ki, 2023-cü ildə Vaqner qüvvələri Tuaderaya prezidentlik müddətinə məhdudiyyətləri qaldıran referendumun təşkilinə və qalib gəlməsinə kömək edib. Referendum üsyançı qüvvələrin ölkənin əksər hissəsini nəzarətdə saxlamasına və döyüşlər nəticəsində köçkün düşən əhalinin üçdə birinə baxmayaraq baş tutub.

Vaqneritlər öz gücünü saxlamaq müqabilində CAR-ın gəlirli qızıl, almaz və ağac ehtiyatlarına nəzarəti ələ keçiriblər. Tənqidçilər Touaderanı muzdlu dəstəyə güvəndiyinə görə “Prezident Vaqner” adlandırıblar.

Qəzetin yazdığına görə, Tuadera bu il Putini ziyarət edən ilk xarici liderdir və Kremldəki danışıqlar ötən ay Bəşər Əsəd Suriyadan Rusiyaya qaçmağa məcbur olduqdan sonra baş tutub.

Seçilən
2
publika.az

1Mənbələr