Yasamal rayonu ərazisində yaranan antisanitar vəziyyətlə bağlı məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Turkustan.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.
"Küçədə, yol kənarlarında antisanitar şəraitdə qanunsuz olaraq heyvan kəsimi halları ilə bağlı vətəndaşlarımız yerli icra qurumlarına, eləcə də Agentliyin 1003 qaynar xəttinə zəng vuraraq və ya“E-Qidam” mobil tətbiqi vasitəsilə daha rahat şəkildə məlumat verə bilərlər", - açıqlamada deyilir.
***
10:31
Yasamal rayonu ərazisində antisanitar vəziyyət yaranıb.
Bu barədə Modern.az-a Yeni Yasamal ərazisində yaşayan sakinlər məlumat veriblər.
Bildirilir ki, Məhəmməd Xiyabani küçəsində qəssabxanada kəsilən heyvanların qanı küçəyə axıdılır.
"Artıq iki gündür küçədən qan axır, üfunət hər tərəfi bürüyüb", - sakinlərdən biri deyib.
Sakinlər müvafiq qurumlara müraciət etdiklərini, ancaq hələlik cavab ala bilmədiklərini deyib.