AZ

BU DƏQİQƏLƏRDƏ: Araik və digərlərinin məhkəməsi BAŞLANIR, ilk kadrlar YAYILDI - İrəvanda İSTERİKA!

Bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin və separatçı qurumda “baş nazir” olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayır.

Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində baş tutacaq.

Müttəhimlər qismində Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryanın cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.

1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib. İstintaqa Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqləri cəlb edilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız millət vəkili Fazil Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
2
musavat.com

1Mənbələr