AZ

Bakıda şadlıq sarayında nöqsanlar aşkarlanıb

Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Allahverdi Abbas oğluna məxsus “Üzeyir” şadlıq sarayında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl edimədiyi, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, istifadə olunan suyun filtirasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların yoxluğu, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Seçilən
1
18
operativmedia.az

10Mənbələr