İran Prezidenti Məsud Pezeşkian Moskvaya rəsmi səfərdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Pezeşkianın Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar aparacağı, daha sonra prezidentlərin Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini imzalayacağı planlaşdırılır.
Aeroportda M.Pezeşkianı Rusiyanın energetika naziri Sergey Tsivilevin rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.