AZ

Norveçli baş məşqçi “Beşiktaş”la müqavilə bağlamaq üçün İstanbula gedir

Bakı, 17 yanvar, AZƏRTAC

İngiltərənin "Mançester Yunayted" komandasının keçmiş baş məşqçisi Ule-Qunnar Solskyaer Türkiyə təmsilçisi “Beşiktaş”a rəhbərlik etməyə yaxındır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı norveçli mütəxəssis müqavilənin şərtləri ilə bağlı tezliklə İstanbul şəhərinə gedəcək. Onunla 2026-cı ilin iyununa kimi sözləşmə imzalanacağı planlaşdırılır.

Xatırladaq ki, Ule-Qunnar Solskyaer 2021-ci ilin noyabrından işsizdir. O, son olaraq İngiltərənin "Mançester Yunayted" komandasını çalışdırıb.

Seçilən
1
1
azertag.az

2Mənbələr