AZ

Krasnodarda kritik hədəf vuruldu – Rusiya Türkiyəyə mesaj verdi

Ukraynanın “Türk Axını” qaz boru kəmərinə hücumunu ABŞ və Böyük Britaniyanın məsləhəti ilə həyata keçirdiyini düşünmək üçün hər cür əsas var.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Türk axını”nın infrastrukturuna hücumun Avropa İttifaqını ABŞ-nin bahalı LNG-nə ilişdirməkdə maraqlı olan Vaşinqton və Londonun məsləhəti ilə həyata keçirildiyini düşünmək üçün bütün əsaslarımız var”, - rusiyalı diplomat bildirib.

Analoji fikri dünən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da səsləndirib. Diplomat Türkiyə və Rusiyanın məsələ ilə əlaqədar tədbir görəcəyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl bəyan edib ki, Ukrayna PUA-larla Krasnodar vilayətində yerləşən “Türk Axını”nın kompressor stansiyasına hücuma cəhd edib. Hücumun dəf edildiyi, stansiyanın normal rejimdə fəaliyyətini davam etdirdiyi bildirilib.

“Türk Axını” Rusiya və Türkiyə arasında Qara dəniz üzərində həyata keçirilən enerji layihəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
teleqraf.com

1Mənbələr