AZ

Amerika İnstitutu Kurskdakı Şimali Koreya kontingentinin tam sıradan çıxacağı vaxtı elan edib

Rusiyanın Kursk vilayətində Ukrayna ordusuna qarşı döyüşən təxminən 12 min Şimali Koreya kontingenti yaxın üç ay ərzində öldürülə və ya sıradan çıxarıla bilər. 

Missiya.Az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) Şimali Koreya əsgərlərinin hazırkı itki nisbətinə əsaslanaraq bu barədə məlumat yayıb.

“Ukrayna prezidenti Volodimir Zelenski 2025-ci il yanvarın əvvəlində Kursk vilayətində 3800 Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını bildirmişdi. Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, yanvarın ortalarına qədər 300 Şimali Koreyalı döyüş zamanı həlak olub, 2700 nəfər isə yaralanıb. Bu, Şimali Koreyanın 2024-cü ilin dekabr ayının əvvəlində başlayan böyük hərbi əməliyyatlardan bəri gündə təxminən 92 nəfər itki verdiyini göstərir. Bölgədəki vəziyyət belə davam edərsə, Şimali Koreya kontingenti təxminən 12 həftə ərzində öldürülə və ya yaralana bilər”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
25
missiya.az

10Mənbələr