AZ

Ölkədən pul çıxaran “Milla Dairy”nin məhkəməsidir

Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan süd və süd məhsulları istehsalçısı “Milla Dairy” MMC ilə bağlı bu gün Abşeron rayon Məhkəməsində növbəti işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, “Milla Dairy” MMC İnzibati Xətalar Məcəlləsini pozduğuna görə məhkəməlik olub. Belə ki, MMC İXM-nin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Milla Dairy” ilə bağlı iş hakim Şəfəq Məmmədovanın icraatındadır. MMC ilə bağlı bu gün qərar verilməsi gözlənilir.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir. Sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Qeyd edək ki, 2006-cı ildə dövlət qeydiyyatına alınan “Milla Dairy” MMC-nin qanuni təmsilçisi Azər Vahabzadədir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Seçilən
1
25
tribunainfo.az

10Mənbələr