Rusiyanın Krasnoyarsk diyarında, Taqar gölü yaxınlığında yerləşən "Sosnovıy Bor" sanatoriyasında 32 nəfər zəhərlənib. Bu barədə TASS regional prokurorluğa istinadən məlumat yayıb.Məlumata görə, sanatoriyada istirahət edənlər qida zəhərlənməsi əlamətləri ilə tibbi yardım üçün müraciət ediblər, onlardan beşi xəstəxanaya yerləşdirilib.Prokurorluğun ilkin məlumatına əsasən, zərərçəkənlər yerli yeməkxanada verilən yeməkləri qəbul ediblər. Sanatoriyada sanitariya-epidemiologiya tələblərinə və qida təşkilatına riayət olunması ilə bağlı araşdırmalara başlanılıb.Səidə Mustafa
Diqqət Çəkənlər
Donald Trampın inauqurasiya mərasiminə qatılacaq məşhurların siyahısı tərtib edilib
Ronaldo, "Əl-Nəsr" klubunun ortaq sahiblərindən biri olmağa qərar verib
Spiker Сonson: Bayden ən pis miqrasiya böhranı və oğlunun əfv edilməsi ilə yadda qalacaq