İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri ərəfəsində İİR Ali Rəhbəri Əli Xamenei rus dilində paylaşım edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
O, ABŞ-nin təcrid olunacağını bildirib.
"Qlobal inkişafın perspektivi ABŞ-nin təcrid olunacağı və Asiyanın bilik, iqtisadiyyat, siyasi və hərbi gücün mərkəzinə çevriləcəyi çoxtərəfli sistemin müjdəsini verir. Müqavimət düşüncəsi və zorakılığa qarşı "Müqavimət Cəbhəsi" genişlənəcək", - deyə Xamenei bildirib.