AZ

Emin Əmrullayev "Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşdü — FOTOLAR

2-ci "Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb.

Bu barədə Demokrat.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Yanvarın 16-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə "Maarifçi" tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub.

Daha sonra təcrübə proqramının iştirakçıları öz uğur hekayələrini paylaşaraq layihə barədə fikirlərini bölüşüb, təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların şəxsi və gələcək karyera inkişaflarında mühüm rol oynayacağını qeyd ediblər.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün dərk etməsi, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Görüş çərçivəsində “Maarifçi”lərin mentorların rəhbərliyi ilə proqram müddətində fəaliyyətləri, layihənin faydalılığı haqqında fikir mübadiləsi aparılıb, həmçinin təkliflər dinlənilib.

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən 2-ci “Maarifçi” proqramını 35 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.








Seçilən
1
19
demokrat.az

10Mənbələr